Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə görüşüb.
Xəbərin.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X hesabında məlumat yayıb.
Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığa həsr olunub.
Regional inkişaflar, Ermənistan-Azərbaycan normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə edilib.