Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Məsud Pezeşkian: Bu tarixə kimi maneələri aradan qaldıracağıq

14 Fevral 2026, 21:24 Ölkə 10 baxış
Məsud Pezeşkian: Bu tarixə kimi maneələri aradan qaldıracağıq

Mart ayının sonunadək “Şimal-Cənub” layihəsinin icrasına mane olan bütün əngəllər aradan qaldırılacaq.

Xəbərin.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, İran və Rusiya arasındakı münasibətlər möhkəmdir, tərəflər arasında bir sıra sazişlər bağlanıb və həyata keçirilir.

“İl sonuna qədər (Hicri-şəmsi təqvimi ilə ilin sonu 20 mart 2026-cı ilə təsadüf edir) bütün maneələri aradan qaldıracağıq ki, arzulanan dəmiryolu marşrutu tikilib istifadəyə verilsin”, – Pezeşkian bildirib.

Qeyd edək ki, Rusiya və İran birgə Rəşd–Astara dəmiryolu layihəsini həyata keçirirlər. Layihənin dəyəri 1,6 milyard avro təşkil edir.