Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Deputatın öldüyü oteldə illər sonra daha bir ölüm

14 Fevral 2026, 15:10 Hadisə 14 baxış
Deputatın öldüyü oteldə illər sonra daha bir ölüm

Fevral ayının 13-də günorta saat 14 radələrində Qusar rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərindən birində Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Boris Merzlyakovun cəsədi aşkar edilib.

Xəbərin.az Bizim.Media-ya istinadla xəbər verir ki, meyitə baxış keçirilən zaman onun üzərində hər hansı zorakılıq izləri müəyyən edilməyib.

Mərhumun ölümünün dəqiq səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Çiləgir kəndində yerləşən "Chateau" hotelində qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ildə millət vəkili Astan Şahverdiyev də məhz adıçəkilən oteldə ürək çatışmazlığından həyatını itirmişdi. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.