Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır

14 Fevral 2026, 15:00 Dünya 10 baxış
Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır

İranın Ali Rəhbəri Seyid Əli Xamenei görüşmək istəsə, ABŞ Prezidenti Donald Tramp onunla görüşməyə hazırdır.

Xəbərin.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio “Bloomberg “ə müsahibəsində deyib.

“Əgər sabah Ayətullah (Xamenei) Trampla görüşmək istədiyini desə, Tramp onunla görüşər. Ona görə yox ki, Tramp Ayətullahla razılaşır, ona görə ki o, problemlərin həll yolunun bu olduğunu düşünür. Tramp kiminləsə görüşməyi güzəşt hesab etmir”,- Rubio bildirib.