Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Müdafiə Nazirliyində ötən ilin yekunlarına dair kollegiya iclası olub

14 Fevral 2026, 14:31 Ölkə 12 baxış
Müdafiə Nazirliyində ötən ilin yekunlarına dair kollegiya iclası olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Xəbərin.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik, birləşmə komandirlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda cari ildə görülmüş işlərin nəticələri təhlil edilib və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.