Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ağcabədidə 7 kq narkotik aşkarlanıb

14 Fevral 2026, 11:16 Hadisə 13 baxış
Ağcabədidə 7 kq narkotik aşkarlanıb

Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlanıb.

Xəbərin.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkun olunmuş İntiqam Ağayev saxlanılıb.

Belə ki, onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.