İngiltərə FA Kubokunun növbəti turunda Çelsi doğma meydanda Hull Sitini 4:0 hesabı ilə məğlub edib.
Xəbərin.az xəbər verir ki, matçın hesabı 40-cı dəqiqədə Pedro Netonun qolu ilə açılıb. Ardınca 51-ci dəqiqədə yenidən Pedro Neto fərqlənərək "zadəganların" üstünlüyünü möhkəmləndirib. 59-cu dəqiqədə Estevao fərqi artıraraq hesabı 3:0 edib. 71-ci dəqiqədə isə Pedro Neto het-trik edərək və oyunda son nöqtəni qoyub.
Beləliklə, Çelsi bu qələbə ilə FA Kubokunda adını növbəti mərhələyə yazdırır.