ABŞ Prezidenti Donald Tramp, North Carolina-dakı Fort Bragg hərbi bazasında iştirak edəcəyi proqram üçün Ağ Evdən çıxarkən jurnalistlərə açıqlama verib.Tramp bildirib ki, İranda rejim dəyişikliyi olmalı və bu, ən yaxşı ssenaridir.
Xəbərin.az məlumat verir ki, O həmçinin ABŞ-ın Orta Şərqə ikinci təyyarədaşıyan gəmisi göndərib-göndərməyəcəyi ilə bağlı suallara toxunaraq bildirib ki, İranla razılığa gəlməsələr, buna ehtiyac yaranacaq.
Müzakirələrin nəticəsi və İran üçün risklərlə bağlı Tramp qeyd edib:
"Məncə, uğurlu olacaq və əgər olmazsa, İran üçün pis olacaq."