NBA əfsanələrindən Kris Pol, Toronto Raptors tərəfindən sərbəst buraxılmasından sonra 40 yaşında basketbola vida etdiyini açıqladı.
Xəbərin.az məlumat verir ki, ABŞ-li ulduz oyunçu sosial media hesabından paylaşımında bildirib:
"Belədir. 21 ilin ardından basketbola vida edirəm."
Kris Pol, NBA tarixinin ən böyük oyun qurucularından biri kimi tanınır. O, karyerası ərzində 12 dəfə NBA All-Star seçilmiş və 2006-cı ildə "İlin Çaylak Oyunçusu" mükafatına layiq görülmüşdür.
Pol, NBA tarixində həm asist (12,552) həm də top oğurlama (2,728) kateqoriyalarında ikinci yerdədir.