Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ağcabədidə zəncirvari qəza: Bir nəfər öldü, xəsarət alanlar var

14 Fevral 2026, 01:31 Hadisə 16 baxış
Ağcabədidə zəncirvari qəza: Bir nəfər öldü, xəsarət alanlar var

Ağcabədi şəhərində üç minik avtomobilinin toqquşması nəticəsində zəncirvari yol qəzası olub.

Xəbərin.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Vahid Nail oğlu Ələkbərov hadisə yerində ölüb, Hacımirzə Mərdan oğlu Rzayev və Rəhman Anar oğlu Cəfərov isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisəyə rayon sakini Hacımirzə Rzayevin avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Qəza nəticəsində Hacımirzə Rzayevin daxili orqanlarının kəskin zədələnməsi, Rəhman Anar Cəfərovun isə ayaqlarının müxtəlif dərəcəli sınıqları müəyyən edilib.

Qeyd edək, avtomobilin sürücüsü H.Rzayevin atası Rzayev Mərdan Ağcabədi rayonunun Cümə məscidinin keçmiş axundu olub.