Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

PSJ Renndə uduzdu: liderdən gözlənilməz xal itkisi

14 Fevral 2026, 00:21 İdman 16 baxış
PSJ Renndə uduzdu: liderdən gözlənilməz xal itkisi

Fransa Liqa 1-in növbəti turunda "Stad Ren" doğma meydanda "Pari Sen-Jermen"i 3:1 hesabı ilə məğlub edib.

Xəbərin.az xəbər verir ki, oyunun hesabı 34-cü dəqiqədə Musa Tamarinin qolu ilə açılıb. İkinci hissədə meydan sahibləri üstünlüyünü davam etdirib və 69-cu dəqiqədə Esteban Lepol fərqi artırıb. "PSJ" 71-ci dəqiqədə Usman Dembelénin qolu ilə ümidlənsə də, 81-ci dəqiqədə Briel Embolo Renin üçüncü qolunu vuraraq matçda son nöqtəni qoyub.

Bu nəticə "Pari Sen-Jermen" üçün mövsümün ən gözlənilməz məğlubiyyətlərindən biri olub. Buna baxmayaraq, paytaxt klubu 1 oyun artıq keçirməklə 51 xalla turnir cədvəlinin lideri olaraq qalır. "PSJ"-nin ən yaxın izləyicisi 49 xalla ikinci pillədə qərarlaşan "Lens" klubudur.