Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Afinada fermerlərin etiraz aksiyası: Traktorlarla parlament önünə yürüş

13 Fevral 2026, 23:19 Dünya 17 baxış
Afinada fermerlərin etiraz aksiyası: Traktorlarla parlament önünə yürüş

Afina şəhərində fermerlər hökumətə etiraz olaraq traktorlarla aksiya keçiriblər.

Xəbərin.az Anadolu Ajans xəbər portalına istinadən xəbər verir ki, dövlət subsidiyaları ilə bağlı korrupsiya qalmaqalı səbəbindən gecikən ödənişlər və istehsal xərclərini azaldacaq hüquqi dəyişikliklər tələb edən fermerlər həftələrdir ölkənin müxtəlif bölgələrində yolları bağlayaraq etiraz edirdilər. Bu gün isə paytaxta gəliblər.

Fermerlər paytaxtın mərkəzində yerləşən Sintagma Meydanında toplaşaraq traktorlarını parlament binasının qarşısında park ediblər. Aksiyaya dövlət və özəl sektor işçiləri, tələbə birlikləri və müxtəlif vətəndaş cəmiyyəti təşkilatları da dəstək verib.

Etiraz aksiyasında Yunanıstan Kommunist Partiyasının baş katibi Dimitris Kutsumbas da iştirak edib.

Trikala şəhərindən gələn fermer Antonis Saras bildirib ki, artan istehsal xərcləri və məhsul qiymətlərinin aşağı olması onların dolanışığını çətinləşdirib:

“Aylarla tarlada işləyirik, amma zəhmətimizin qarşılığını ala bilmirik. Övladlarımızın gələcəyi üçün səsimizi duyurmaq məqsədilə Afinaya gəldik.”