Yumurtanı
bütöv yemək vacibdir, çünki sarı hissə həyati əhəmiyyətli qida maddələri ilə
zəngindir. Xolesterinlə bağlı qorxular isə çox vaxt yanlış şərhə əsaslanır.
Xəbərin.az xarici mediaya istinadən xəbər verir ki,
bir çox insan yalnız yumurtanın ağını yeməyə üstünlük verir, sarını isə
xolesterin səviyyəsini artırmaqda və müxtəlif sağlamlıq problemlərinə səbəb
olmaqda günahlandıraraq kənara qoyur.
40 ildən artıq təcrübəyə
malik kardioloq və funksional tibb üzrə mütəxəssis doktor Alok Çopranın
sözlərinə görə, yumurtanın ağı təkbaşına iltihabi təsir göstərə bilən zülaldır.
Buna görə də onu ayrıca şəkildə istehlak etmək sağlamlıq üçün arzuolunan deyil.
Yumurtanı bütöv şəkildə
qəbul edin
Həkim bildirir ki, yumurta
yalnız sarı ilə birlikdə tam və balanslı qida məhsulu sayılır. Onun sözlərinə
görə, yumurta ən qidalı və universal məhsullardan biridir, lakin çox vaxt
haqsız tənqid olunur.
Yumurtanın sarısında
yalnız xolesterin yoxdur orada daha çox qida maddəsi mövcuddur. Sarı hissədə A
vitamini, E vitamini və omeqa-3 yağ turşuları yumurtanın ağ hissəsi ilə
müqayisədə daha yüksək miqdardadır.
Xolesterin haqqında yanlış
anlayış
Yumurta sarısında
xolesterin olsa da, orta miqdarda qəbul edildikdə bu, zərərli deyil. Həkimin
sözlərinə görə, xolesterin anlayışı ümumiyyətlə çox yanlış başa düşülür.
Xolesterin hüceyrə quruluşu, hormonların sintezi, beyin fəaliyyəti və sağlam
immun sistem üçün zəruridir.
Orqanizmdəki xolesterinin təxminən 85 faizii qaraciyər tərəfindən istehsal olunur və bu, insanın nə yeməsindən asılı deyil. Əgər orqanizm xolesterini özü istehsal edirsə, onu təbiətcə zərərli hesab etmək düzgün deyil.