Fevralın
14-də gözlənilən hava şəraiti açıqlanıb.
Xəbərin.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən
verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim
cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi
753 mm civə sütunudan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil
edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir
yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman
olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.