Avropa
futbol qurumu ötən mövsümün yekunlarına əsasən, AFFA-ya ümumi dəyəri 11 milyon
54 min avro olan maliyyə vəsaiti ayırıb.
Xəbərin.az xəbər
verir ki, sözügedən rəqəmlər UEFA-nın 2024/25-ci illər mövsümü üçün dərc etdiyi
maliyyə hesabatında öz əksini tapıb.
Bu məbləğin 2 milyon 980 min avrosu
illik həmrəylik ödənişi qismində Azərbaycan milli komandası üçün nəzərdə
tutularaq assosiasiyanın balansına köçürülüb.
Avropa kuboklarının əsas
mərhələlərindən kənarda qalan klublara dəstək məqsədilə həmrəylik proqramı üzrə
4 milyon 802 min avro ödənilib.
Həmçinin, Avropa Liqasında (1 milyon
37 min avro) və Konfrans Liqasında (2 milyon 185 min avro) çıxışını dayandıran
komandalara ümumilikdə 3 milyon 222 min avro ayrılıb. Qadın futbolçulardan
ibarət komandaların Çempionlar Liqasında iştirak etməyən klubları üçün nəzərdə
tutulan həmrəylik ödənişi isə 50 min avro həcmində olub.
Xatırladaq ki, sözügedən həmrəylik vəsaitləri avrokubokların qrup və ya ümumi mərhələlərində iştirak etməyən yüksək liqa təmsilçiləri arasında bərabər şəkildə paylanır.