İngiltərə Premyer Liqasında “Brentford” ilə “Arsenal” arasında keçirilən qarşılaşma heç-heçə ilə yekunlaşıb.
London təmsilçilərinin duelində tərəflər hərəyə bir dəfə fərqləniblər.
Xəbərin.az xəbər verir ki, oyunda hesabı 61-ci dəqiqədə “Arsenal”ın heyətində Noni Madueke açıb. Meydan sahibləri isə 71-ci dəqiqədə Kiin Lyuis-Potterin qolu ilə tarazlığı bərpa ediblər. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra “Arsenal” turnir cədvəlində 57 xalla liderliyini qoruyub. “Topçular”ın ən yaxın izləyicisi olan “Mançester Siti”nin isə 53 xalı var.