İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Barselona" səfərdə "Atletiko Madrid"ə böyük hesabla məğlub olub.
Madridin “Metropolitano” stadionunda keçirilən qarşılaşmada ev sahibləri 4:0 hesablı qələbə qazanıblar. Oyunda hesabı 6-cı dəqiqədə Erik Qarsiyanın avtoqolu açıb. Ardınca Antuan Qrizmann 14-cü, Ademola Lukman 33-cü, Xulian Alvares isə 45+2-ci dəqiqədə fərqlənərək görüşün taleyini həll ediblər.
Bu nəticə ilə “Atletiko Madrid” finala vəsiqə yolunda ciddi üstünlük əldə edib. Cavab oyunu martın 3-ü "Camp Nou"da keçiriləcək.