Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

13 Fevral Ümumdünya Radio Günü

13 Fevral 2026, 00:12 Gündəm 45 baxış
13 Fevral Ümumdünya Radio Günü

Səs təkcə eşitdiyimiz dalğalar deyil, həm də insanları birləşdirən görünməz bir körpüdür. Radio illərdir ki, məsafələri qısaldır, xəbərləri ən sürətli şəkildə insanlara çatdırır. İllərdir   avtomobillərimizdə, evlərimizdə bizimlə olan o vasitə bu gün də öz aktuallığını qoruyur. İnternet inkişaf etsə də, radionun istiliyi, doğmalığı bizimlə qalır.

Radio köhnə bir sandıq kimidir. Açdıqca içindən xatirələr çıxır. Uşaqlıq illərimizin səhər xəbərləri, nənələrimizin, analarımızın mətbəxdə qulaq asdığı verilişləri, yol gedərkən səslənən hər bir mahnılar... Hər dalğası bir hekayədir, xatirədir.

Radio günü bizə xatırladır ki, səs təkcə dalğalar deyil. Radio Günü həm də bu sahədə çalışan jurnalistlərin, aparıcıların, texniki heyətin zəhmətinə verilən dəyərin ifadəsidir.

Lamiyə Cənnətzadə