Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Meta":İnsan öldükdən sonra da paylaşım edəcək

13 Fevral 2026, 00:00 Texnologiya 18 baxış
"Meta":İnsan öldükdən sonra da paylaşım edəcək

Sosial şəbəkələrdə vəfat etmiş istifadəçilərin hesabları yeni neyroşəbəkənin tətbiqi sayəsində aktiv qala biləcək.

Xəbərin.az bu barədə "Business Insider" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Mark Zukerberqə məxsus "Meta" korporasiyası insanın ölümündən sonra belə onun sosial platformalardakı fəaliyyətini davam etdirə bilən innovativ süni intellekt üçün patent alıb.

Alqoritmlər şərhlər yaza, "bəyənmə"lər qoya, həmçinin yazışmalara qoşularaq mesajlara cavab verə biləcək.