Xəbərin.az məlumat verir ki, Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Gərənə kəndi ərazisində “Mercedes” və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı VAZ-2106-nın sürücüsü Elməddin Ocaqverdiyev hadisə yerində həyatını itirib. Digər iki nəfər – Vasif Musayev və Elçin Əhmədov müxtəlif dərəcəli xəsarətlərlə Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər