Xəbərin.az məlumat verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.