Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Nə olsun ki, Xalq artistidir, oxuyanda adamın yuxusu gəlir"

12 Fevral 2026, 20:12 Ölkə 15 baxış
"Nə olsun ki, Xalq artistidir, oxuyanda adamın yuxusu gəlir"

Aparıcı Mətanət Əliverdiyevanın Xalq artistlərinin toy məclislərindəki çıxışları ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.

Xəbərin.az xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində danışıb:

"Elə Xalq artistləri var ki, onlar toyda oxuyanda adamın yuxusu gəlir. Etiraf edirəm, nə olsun ki, Xalq artistidir, nə olsun ki, gözəl səsi var. Məclisdəki camaatı ələ almaq bir başqadır. Bu, hər sənətkarda alınmır".