Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ötən il SOCAR 3 milyard kubmetrdən çox qaz emal edib

12 Fevral 2026, 19:43 Ölkə 15 baxış
Ötən il SOCAR 3 milyard kubmetrdən çox qaz emal edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il 3 milyard 36 milyon 10 min 184 kubmetr qaz emal edib.

Xəbərin.az  xəbər verir ki, bu barədə SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, şirkətin emal etdiyi qaz həcmləri 2024-cü illə müqayisədə 341 milyon 522 min 128 kubmetr və ya 10,1 % azdır.

Qeyd edək ki, 2024-cü ildə SOCAR 3 milyard 377 milyon 532 min 312 kubmetr qaz emal edib.