Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Fudbloger xərçəng yeyəndən sonra ölüb

12 Fevral 2026, 19:28 Dünya 15 baxış
Fudbloger xərçəng yeyəndən sonra ölüb

Xəbərin.az məlumat verir ki, Filippində 51 yaşlı fudbloger Emma Amit çəkiliş üçün topladığı molyusk və xərçəngləri bişirdikdən sonra kamera qarşısında yeyib. Növbəti gün halı pisləşib, dodaqları göyərib və qıcolmalar başlayıb. Xəstəxanaya çatdırılsa da, o, iki gün sonra vəfat edib.

Araşdırma zamanı onun zibil qabında insan üçün ölümcül neyrotoksin daşıyan “şeytan xərçəngi”nin qabıqları aşkar edilib. Bildirilir ki, zəhərli maddə onun qanına keçərək ölümə səbəb olub.