Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Histamin dözümsüzlüyü nədir?

12 Fevral 2026, 18:54 Sağlamlıq 21 baxış
Histamin dözümsüzlüyü nədir?

İmmunitet sistemindəki kimyəvi maddələrdən biri olan histamin bir çox bədən funksiyalarını tənzimləyir və bədəni qoruyur.

Histamin ətraf-mühitdən gələn potensial təhlükələrdən, allergenlərdən və toksinlərdən bədəni qoruyur. İmmunitet sistemimizə yad maddə daxil olan kimi qanda histamin səviyyəsi yüksəlir və zərərli mikroorqanizmlə mübarizə aparır.

Histamin testi və ya qan testi ilə diaqnoz edilə bilən histamin dözümsüzlüyünün xüsusi müalicəsi yoxdur. Yüksək histaminli insanlar aşağı histaminli qidaları ehtiva edən pəhriz proqramı tətbiq etməklə bu problemin qarşısını ala bilərlər.

Bədəndə histaminin həddindən artıq yığılması nəticəsində əmələ gələn histamin adətən allergik reaksiyalarla baş verir. Histamin intoleransının (histamin allergiyası) simptomlarına aşağıdakılar daxildir:


- Burun tutulması və burun axması


- Asqırmaq


- Gözlərin qaşınması və sulanması


-İshal


- Qusma


- Ürəkbulanma


- Baş ağrısı və ya miqren


-Yorğunluq


- Həzm problemləri


-Şişkinlik


-Dəriqızartısı

Bəzən qanda histaminin səviyyəsi yüksəlir. Vücudumuz kifayət qədər tez istehsal etdiyi histamini sərbəst buraxmadıqda histamin intoleransı meydana gəlir.

Bəzi allergiyalar, bağırsaq florasının balanssızlığı, çölyak xəstəliyi, müəyyən dərmanların istifadəsi, yüksək histamin pəhrizi qanda yüksək histamin olmasına səbəb ola bilər.