Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Naxçıvan deputatlarının etik davranış qaydaları dəyişdi

12 Fevral 2026, 18:49 Ölkə 18 baxış
Naxçıvan deputatlarının etik davranış qaydaları dəyişdi

Xəbərin.az xəbər verir ki, bu məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda öz əksini tapıb.

Belə ki, daha əvvəl deputatın etik davranış qaydaları haqqında qanunvericilik aşağıdakılardan ibarət idi:

Azərbaycan Respublikasının Konstitusiyası;

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu;

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi;

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu və buna uyğun hazırlanan digər normativ hüquqi aktlar;

Qanunla “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu da bu siyahıya əlavə edilib.

Bununla “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Naxçıvan Ali Məclisi deputatları üçün etik davranış qaydaları haqqında qanunvericilik aktı hesab ediləcək.