Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Sürücülərin diqqətinə!

12 Fevral 2026, 18:07 Ölkə 16 baxış
Sürücülərin diqqətinə!

Sabunçu rayonu ərazisində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Xəbərin.az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən açıqlama verilib.

Qeyd olunub ki, sözügedən məhdudiyyət planlaşdırılan təmir-bərpa işləri səbəbindən tətbiq edilir.

Məlumata əsasən, 14 fevral saat 07:00-dan başlayaraq 15 fevral saat 23:00-a qədər paytaxtın Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsi boyunca (Yavər Əliyev küçəsi ilə kəsişmədən Əhmədbəy Ağayev küçəsinə qədər olan aralıqda) avtomobillərin gediş-gəlişi tamamilə dayandırılacaq.

"Sürücülərdən aparılan yenidənqurma işlərini anlayışla qarşılamaları və göstərilən vaxt ərzində mənzilbaşına çatmaq üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə qurumun məlumatında vurğulanıb.