Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Gənc əsgərlərlə yalnız bu tarixlərdə görüşmək mümkündür

12 Fevral 2026, 17:37 Ölkə 20 baxış
Gənc əsgərlərlə yalnız bu tarixlərdə görüşmək mümkündür

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcəkdir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbərin.az Bizim.Mediaya istinadən xəbər verir. Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.

"Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır", - qeyd olunub.