Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ərdoğan deputatların parlamentdəki davasına münasibət bildirib

12 Fevral 2026, 17:12 Dünya 17 baxış
Ərdoğan deputatların parlamentdəki davasına münasibət bildirib

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisində CHP-li deputatların da iştirakı ilə baş verən davaya münasibət bildirib.

Xəbərin.az "Report"a istinadən xəbər verir ki, Ərdoğan bu addımı "təkəbbürlü davranış" adlandırıb.

"Milli Məclisdə yaşananları hamınız görmüsünüz. CHP-nin faşist və təkəbbürlü düşüncə tərzinə bir daha hamılıqla şahid olduq. Yeni nazirlərimizin andiçmə mərasiminə mane olmaq üçün hər cür qanunsuzluğa, o cümlədən millətin kürsüsünü zəbt etməyə qədər uzanan bütün zorakılıq üsullarına əl atdılar. Amma buna nail ola, bu gedişatı dayandıra bilməyəcəksiniz. Bu prosesi dayandırmağa nə əliniz, nə də gücünüz çatacaq".

Türkiyə lideri Milli Məclisin dava meydanı olmadığını xatırladaraq bu hərəkəti utanc kimi qiymətləndirib.

"Siz Milli Məclisə davanı, nifrəti, qəzəbi daşımaqdan heçmi narahat olmursunuz, heçmi utanmırsınız? Daha nə qədər özünüzü rüsvay edəcək, alçaldacaq, sizə səs verən vətəndaşlarımızın başını yerə əydirəcəksiniz?"

R.T.Ərdoğan dünənki hadisəni qətiyyətlə pislədiyini və rədd etdiyini də vurğulayıb.