Feysbuk,
İnstaqram, Yutub, Vatsap və Teleqram şəbəkələrinin ardından Quql da Rusiyada
bloklana bilər.
Xəbərin.az xəbər
verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Svintsov bildirib.
Onun sözlərinə görə, bu, texniki
cəhətdən mümkündür, lakin Roskomnadzor Quqldan borcu yığmaq üçün onun ölkəyə
qayıtmasını gözləyə bilər.
Qeyd edək ki, Quqlun Rusiyanın televiziya kanallarına borcunun 91,5 kvintilyon rubl təşkil etdiyi açıqlanıb.