Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

İngiltərə millisin 2 il daha o idarə edəcək

12 Fevral 2026, 14:40 İdman 13 baxış
İngiltərə millisin 2 il daha o idarə edəcək

İngiltərə Futbol Asossiasiyası millinin baş məşqçisi Tomas Tuhellə müqaviləni uzadıb.

Xəbərin.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssislə yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

52 yaşlı Tomas Tuhel İngiltərə milli komandasına 1 yanvar 2025-ci ildə rəhbərlik etməyə başlayıb. Yığma onun baş məşqçiliyi altında DÇ-2026-nın seçmə mərhələsini 1-ci pillədə başa vurub və final mərhələsinə vəsiqə qazanıb. O, əvvəllər "Çelsi", Dortmund "Borussiya"sı və PSJ də daxil olmaqla bir neçə aparıcı klubu çalışdırıb.