2020-ci
ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində keçirilən yürüş zamanı
Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək planlaşdırılıb.
Xəbərin.az xəbər
verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Ramiz Mehdiyev, Abbas
Abbasov, Əli Kərimli və digərləri barədə yaydığı məlumatda deyilir.
Məlumatda bildirilib ki, ittihama
əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi
razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın
Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya
dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən
gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə
partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş
iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat
xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən
yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ
keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ
keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.
DTX-nın bu gün açıqladığı məlumatda yer alan videomaterialda Fuad Qəhrəmanlı bununla bağlı tapşırıq aldığını ifadəsində etiraf edib.