Azərbaycanda fevralın 13-də havanın temperaturu 18 dərəcəyədək
yüksələcək.
Xəbərin.az xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz
arabir güclənəcək.
Havanın
temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm
civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz
50-60 % olacaq.
Azərbaycanın
rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman
olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək
isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.