Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Məşhur yutuber saxlanılıb

12 Fevral 2026, 13:20 Kriminal 18 baxış
Məşhur yutuber saxlanılıb

Türkiyəli tanınmış sosial media fenomeni Enes Batur saxlanılıb.

Xəbərin.az Türkiyə mediasına istinadən xəbər verir ki, yutuber ölkədə narkotik maddə ilə bağlı aparılan araşdırma çərçivəsində polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bununla belə, detallar açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Türkiyədə bu istintaq çərçivəsində aralarında Hadise, İrem Derici, Hasan Can Kaya, “Reynmen”, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlunun da olduğu bir çox məşhur simalar saxlanılıb və daha sonra sərbəst buraxılıblar.