Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Beren Saat müğənniliyə başladı

12 Fevral 2026, 13:05 Hadisə 13 baxış
Beren Saat müğənniliyə başladı

Türkiyəli aktrisa Beren Saat müğənniliyə başlayıb.

Xəbərin.az xəbər verir ki, o, uzun müddətdir üzərində çalışdığı ilk mahnı və klipini izləyicilərə təqdim edib.

“CapitaliZoo” adlı mahnı ingilis dilindədir və sözlərini Saat özü yazıb. Prodüserliyini və aranjimanını isə onun həyat yoldaşı, müğənni Kenan Doğulu edib.

Klip Los-Ancelesdə çəkilib.

Qeyd edək ki, 42 yaşlı aktrisa bir çox film və seriallardakı obrazları ilə sevilir. Onun yadda qalan və artıq vizit kartına çevrilən obrazı isə 2008-ci ildə ekranlaşdırılan “Aşk-ı Memnu” serialındakı Bihter Yöreoğlu Ziyagildir.