Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Yuxuya daha tez getməyin qəribə 9 yolu

12 Fevral 2026, 12:47 Ölkə 48 baxış
Yuxuya daha tez getməyin qəribə 9 yolu

1. Gözlərinizi mümkün qədər uzun müddət açıq saxlayın. Oyaq qalmağa çalışdıqca beyniniz yatmağa çalışacaq. Buna paradoksal niyyət deyilir.

2. 4-7-8 nəfəs texnikasını işlədin. 4 saniyə nəfəs alın, 7 saniyə saxlayın, 8 saniyə nəfəs verin. Bu, sinir sistemini rahatladaraq bədəni təbii söndürmə üsuludur.

3. Yatmazdan əvvəl corab geyinin. İsti ayaqlar qan damarlarını genişləndirir və bədənin daxili temperaturunu aşağı salır. Yəni beyinə "sönmək" vaxtıdır siqnalı gedir.

4. Üzünüzü boşaldın, çiyinlərinizi aşağı salın, döşəyin içinə batdığınızı xəyal edin. Bu üsul ABŞ hərbçilərinin hətta döyüș bölgəsində belə 2 dəqiqəyə yuxuya getməsinə kömək olur.

5. Alma, it, stol, ağac, ayaqqabı kimi sıradan məhvumları beyninizdə canlandırın. Bu üsul beyinə qeyri-adi düşüncə verir və siz yuxuya gedirsiniz.

6. Gözlərinizi yuvarlaq hərəkət etdirin. Bu hərəkət gözünüzün yuxuda olarkən təbii hərəkətidir. Yəni beyini aldadaraq sönmə ardıcıllığını başladırsınız.

7. Bədəndəki hər bir əzələni 5 saniyə sıxıb buraxın. Proqressiv əzələ boşaldılması olan bu üsul bədənə sakitlik dalğası verir

8. Yastığın soyuq tərəfini çevirin. Başınızın temperaturu həmin dəqiqə aşağı düşəcək.

Bu, beyini yuxuya getmək üçün aldatmağın en sürətli yollarından biridir

9. 300-dən başlayaraq 3-3 geriyə sayın. Bu, beyini maşğul saxlamaq üçün kifayət qədər çətin və sizi oyaq saxlamayacaq qədər darıxdırıcıdır.

200-ə çatmamış yəqin ki, yatacaqsınız.

ƏLİ MƏMMƏDOV