Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Rams Park" yenilənəcək

12 Fevral 2026, 12:40 İdman 12 baxış
"Rams Park" yenilənəcək

"Qalatasaray" ev oyunlarını keçirdiyi "Rams Park" stadionunda yeniliklər həyata keçirəcək.

Xəbərin.az xəbər verir ki, bu barədə "Sözcü Gazetesi" məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi arenanın azarkeş tutumunu artıracaq. Hazırda "Rams Park" 53 min 978 nəfərlik azarkeş tutumuna malikdir. Bu sayın 60-65 min nəfərə yüksəldilməsi nəzərdə tutulub. Artıq klub stadionla bağlı planlamaları edib. 

Qeyd olunub ki, stadionun azarkeş tutumu heç bir tikinti işi aparılmadan artırılacaq. "Qalatasaray" bunu tribunalardakı oturacaqların ara məsafələrini azaltmaqla edəcək.