Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Bu ölkədə çaydan qızıl çıxır

12 Fevral 2026, 11:46 Maraqlı 10 baxış
Bu ölkədə çaydan qızıl çıxır

İspaniyanın şimalında yerləşən kiçik bir qəsəbədən keçən çayda üzə çıxan qızıl zərrəcikləri qısa müddətdə dünya mediasının diqqətini cəlb edib. 

Xəbərin.az xarici mediaya istinadən xəbər verir ki, Asturias bölgəsindəki Nalveqas çayında aşkar olunan qızıl parçaları əraziyə turist axınını artırıb.

Məlumata görə, çaya gələn ziyarətçilərə xüsusi tavalar təqdim olunur və onlar ənənəvi üsulla qızıl yuma təcrübəsi yaşayırlar. Qonaqlar çay yatağından öz əlləri ilə qızıl zərrəcikləri toplamaq imkanı əldə edirlər.

Bu qeyri-adi təcrübə Nalveqas kəndini həm turizm həvəskarları, həm də macəra axtaranlar üçün yeni cazibə mərkəzinə çevirib. Yerli sakinlər isə artan marağın bölgənin iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirirlər.

Qeyd edək ki, Asturias bölgəsi qədimdən qızıl yataqları ilə tanınıb və burada qızıl yuma ənənəsinin tarixi Roma imperiyası dövrünə qədər uzanır. Bu gün isə həmin ənənə turistik fəaliyyət kimi yenidən canlandırılıb.