Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

11 Fevral 2026, 22:39 Ölkə 11 baxış
Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

Hesab edirəm ki, hər bir dövlət qurumunda, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.”

Xəbərin.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.