Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ağ Evdə ilk dəfə UFC: Hansı ulduzlar döyüşəcək?

11 Fevral 2026, 22:24 İdman 22 baxış
Ağ Evdə ilk dəfə UFC: Hansı ulduzlar döyüşəcək?

ABŞ-da ilk dəfə olaraq UFC turniri Ağ Evin ərazisində keçirilə bilər. İddialara görə, təşkilat 2026-cı ilin iyun ayında Vaşinqtonda, Ağ Evin Cənub Çəmənliyində xüsusi döyüş gecəsi təşkil etməyi planlaşdırır.

Xəbərin.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbir ABŞ-ın 250 illik yubileyi çərçivəsində baş tuta bilər. UFC rəhbərliyi artıq döyüş gecəsi üçün ilkin hazırlıqlara başlayıb. Bildirilir ki, gecədə ümumilikdə 6-7 qarşılaşma keçiriləcək.

Hazırda rəsmi döyüş kartı açıqlanmayıb. Bununla belə, MMA ictimaiyyətində bir neçə mümkün qarşılaşma müzakirə olunur. İddialara görə, yüngül çəkidə sensasiyalı çempion İlía Topuria ilə Castin Qetji arasında döyüş təşkil oluna bilər. Həmçinin Konor Makqreqorun adı da mümkün iştirakçılar arasında hallanır. Lakin UFC prezidenti Dana Uayt hələlik konkret adların təsdiqlənmədiyini bildirib.

Qeyd edək ki, tədbirin baş tutacağı təqdirdə bu, UFC tarixində ən qeyri-adi və simvolik turnirlərdən biri olacaq. Ağ Ev kimi siyasi məkanda idman tədbirinin keçirilməsi dünya mediasının da diqqət mərkəzindədir.