Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Pensiyalar 2 ayın artımı ilə bu tarixdə veriləcək

11 Fevral 2026, 14:34 Sosial 19 baxış
Pensiyalar 2 ayın artımı ilə bu tarixdə veriləcək

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq. 

Xəbərin.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) məlumat yayıb. 

Bildirilib ki, ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.

Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.