Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Neymar Messiyə xüsusi hədiyyə göndərib

11 Fevral 2026, 13:59 İdman 14 baxış
Neymar Messiyə xüsusi hədiyyə göndərib

Neymar keçmiş komanda yoldaşı Lionel Messiyə xüsusi hədiyyə göndərib.

Xəbərin.az xəbər verir ki, o, hazırda formasını geyindiyi “Santos”un formalarını imzalayaraq Messiyə hədiyyə olaraq yollayıb. 
Braziliya klubu bu barədə paylaşım edib. 

Paylaşımda “Neymar Jr.-dan Lionel Messi-yə. Şahzadədən Dahiyə” ifadələri yer alıb.

Qeyd edək ki, Neymar və Messi “Barselona” və PSJ-də birgə çıxış ediblər.