"Türk Hava Yollar"ı (THY)
aviaşirkəti Ermənistanın paytaxtı İrəvana müntəzəm birbaşa uçuşlar həyata
keçirəcək.
Xəbərin.az xəbər
verir ki, İrəvanın "Zvartnots" Hava Limanının mətbuat xidmətindən
verilən məlumata görə, "Türk Hava Yolları" İrəvan və İstanbul
arasında birbaşa uçuşlara başlayacaq.
Uçuşlar
11 martdan etibarən başlayacaq.
İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar hər gün yerinə yetiriləcək və 14 maydan etibarən həftədə 10, 15 iyundan isə həftədə 14 uçuşa qədər artırılacaq.