Ağdam
təmsilçisi "Qarabağ"ın forvardı Nəriman Axundzadənin Amerika
Birləşmiş Ştatlarının MLS çempionatında mübarizə aparan "Kolumbus
Kru" klubuna keçidi rəsmi şəkildə təsdiqlənib.
Xəbərin.az Sportinfo.az-a istinadən xəbər
verir ki, Ohayo ştatını təmsil edən klub 22 yaşlı oyunçu ilə uzunmüddətli
anlaşma əldə edib və müqavilənin müddəti 2029-cu ilin iyun ayına qədər nəzərdə
tutulub.
Cari mövsümdə Premyer Liqa
çərçivəsində meydana çıxdığı 13 qarşılaşmada rəqib qapılarına 3 qol vuran
hücumçunun yeni klubundakı gəliri də dəqiqləşib.
Belə ki, o, ilk mövsümdə 1 milyon
dollar qazanacaq və növbəti illərdə bu məbləğ artan xətlə davam edəcək.
Xatırladaq ki, Nəriman Axundzadənin ölkə çempionunun heyətində aylıq məvacibi 12 min manat təşkil edirdi.