Bakıda
və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Xəbərin.az xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə bəzi şəhərətrafı
ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° isti,
gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi
rütubət gecə 70-75%, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında hava
şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli
yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə
arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12°
isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz
0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.