Azərbaycan avtomobil bazarına dair yeni statistika paylaşılıb.
Xəbərin.az xəbər
verir ki, səhifənin məlumatına görə, ötən il ölkəyə 113 840 minik avtomobili
idxal edilib.
Ən
çox idxal olunan avtomobil “BYD” markalı Çin maşını olub. Belə ki, ötən il
ölkəyə 10 186 “BYD” gətirilib. Bu göstərici 2024-cü illə müqayisədə 632 faiz
artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycana cəmi 1 392
ədəd “BYD” idxal olunub.
Keçən
il ölkəyə ən çox idxal olunan avtomobil markası da Çinə məxsusdur. Belə ki,
2025-ci ildə ölkəyə 9 509 ədəd “Changan UNI Z” markalı avtomobil idxal
edilib. Bu isə 2024-cü illə müqayisədə 100% artımdır.
“Changan”
şirkətinə məxsus digər modellər də ciddi artım nümayiş etdirib:
-“Nevo
A05” - 6 803 ədəd (613% artım)
-“Nevo
Q07”- 5 094 ədəd (100% artım)
-“Nevo
Q05”- 3 250 ədəd (355% artım)
-“Changan
CS55”- 2 495 ədəd (100% artım)
Bununla yanaşı, ötən il Azərbaycana idxalı azalmış avtomobil markalarının da adı və sayı məlum olub. Belə ki, ötən il 2773 Hyundai (-7%), 1609 Chevrolet Cobalt (-57,4%), 1037 Li Auto (-15%) və 879 KİA (-8%) markalı avtomobillər gətirilib. Bu 2024-cü ilin göstəricilərindən müəyyən qədər azdır.