Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ermənistan fərarilərlə bağlı qərar qəbul edib

11 Fevral 2026, 12:36 Dünya 9 baxış
Ermənistan fərarilərlə bağlı qərar qəbul edib

Ermənistanda hərbi xidmətdən yayınanlarla bağlı müvafiq qərar qəbul edilib.

Xəbərin.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 27-37 yaş arası vətəndaşlar könüllü olaraq vətənlərinə qayıdıb qanunla nəzərdə tutulmuş variantlardan birini seçsələr, cinayət məsuliyyətindən azad olmaq imkanına malik olacaqlar. Müvafiq dəyişikliklər "Hərbi xidmət və hərbçinin statusu haqqında" Qanuna edilib və 11 fevralda parlamentdə təsdiqlənib.

Qanun fərarilərəbeş variant təklif edir:

Birinci variantda vətəndaş 24 ay müddətinə məcburi hərbi xidmət keçməlidir.

İkinci variant 1 il 6 aylıq xidmət və dövlət büdcəsinə 2,5 milyon dram ödənişi nəzərdə tutur.

Üçüncü variant 6 aylıq xidmət və 5 milyon dram ödənişi nəzərdə tutur.

Dördüncü variant 10 milyon dram ödəməklə yalnız 1 ay xidmət etməyə imkan verir.

Beşinci varianta əsasən, vətəndaş dövlət büdcəsinə 15 milyon dram ödəməklə xidmətdən tamamilə azad edilə bilər.

Qəbul edilmiş dəyişikliklərdə göstərilən şərtlərdən hər hansı biri yerinə yetirildikdə vətəndaşın cinayət məsuliyyətindən azad ediləcəyi nəzərdə tutulur.