Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Polis 10 tüfəng, 8 avtomat aşkarladı

11 Fevral 2026, 12:08 Kriminal 16 baxış
Polis 10 tüfəng, 8 avtomat aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Xəbərin.az xəbər verir ki, fevralın 10-u polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı və 10 tüfəng aşkar edib.

Bundan başqa, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.