Türkiyəli
tanınmış aktyor Kanbolat Görkem Arslan vəfat edib.
Xəbərin.az xəbər
verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, evində vəziyyəti
pisləşən aktyor xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün
olmayıb.
Xəstəxana onun ölüm səbəbi ilə bağlı
açıqlama verməyib.
Qeyd edək ki, aktyor Kanbolat Görkem Arslan "Çəmbərimdə gül oya", "Poyraz Karayel", "Bir dəli rüzgar" kimi filmlərdə canlandırdığı rolları ilə tanınırdı.