Bu gün günorta saatlarında İranın azad bazarında 1 ABŞ dolları 139 min 650 tümənə satılıb.
Xəbərin.az xəbər verir ki, bu haqda Tehran azad bazarındakı mənbələr məlumat yayıb.
Avronun da qiyməti yüksələlərk 163 min 100 tümənə çatıb.
Azərbaycan manatının da qiyməti bahalaşıb və 1 AZN 82 min tüməndən baha satılıb.
Qeyd edək ki, İranda milli falyutanın dollar qarşısında son kəskin ucuzlaşmasından sonra genişmiqyaslı aksiyalar başlayıb. Aksiyalarda etirazçılarla güc strukturları nümayəndələri arasında toqquşma da yaşanır və indiyədək 19 nəfərin öldüyü bildirilir.